Bu sürücünün VİDEOsunu DYP-nin WhatsApp-ına göndərdilər, cərimələndi

Hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu sürücünün VİDEOsunu DYP-nin WhatsApp-ına göndərdilər, cərimələndi
Hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan sürücü inzibati məsuliyyətə cəlb edilib.

meqale.com bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev feysbuk hesabında qeyd edib.

"050-8000-902 whatsapp nömrəsinə gələn müraciət əsasında avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və əllərini sükandan buraxaraq idarə edən və bununla da yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradan "Porsche" markalı 50-EM-010 nömrə nişanlı avtomobilin sürücüsü A.Zeyniyev DYP əməkdaşları tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilmişdir", -  o bildirib.