"Bu problemlər haqqında Azərbaycanda azad şəkildə danışa bilirik"

Azərbaycan dekolonizasiya məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli rola malikdir.

Azərbaycan dekolonizasiya məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli rola malikdir.

Bu barədə Trend-ə özəl açıqlamasında Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edən Martunik (Martinique) nümayəndəsi Feliks Stefan Emanuel Arqo deyib.

"Biz bu problemlər haqqında Azərbaycanda azad şəkildə danışa bilirik. Lakin başqa yerdə xüsusilə Fransada bunu dilə gətirə bilmirik. Azərbaycan başqa ölkələrin müstəmləkə siyasətinin işıqlandırılmasında xüsusi rol oynayır. Mənim ailəmdə illər öncə Fransanın bu müstəmləkəçi siyasətinə məruz qalıb. İnsanlar hələ də Fransa da əziyyət çəkirlər",- deyə o əlavə edib.