"Bu günü 7 il gözlədim" - FOTO
Aparıcı Ülvira Qarayevanın qızı Zeynəb Türkiyədə Atatürk Universitetindən məzun olub.
meqale.com axşam.az-a istinadən bildirir ki, Ülvira övladının özəl günündən fotoları sosial şəbəkədə yayımlayıb. O, şəkillərə bunları qeyd edib:
"Bu günü 7 il gözlədim. İyunun 22-də qızım Atatürk Universitetinin tibb fakültəsindən məzun oldu. Məzuniyyət mərasimində hər məzunu adı iıə çağırıb, diplomlarını verdilər. Valideynlər qürurlu, məzunlar sevincli idi - əziyyətlərinin bəhrəsini gördülər. Çox çətin yol gəldi qızım öz dostları ilə bərabər, dərslər çox ağır, müəllimlər həm əzazil, həm mərhəmətli. Atatürk Universitetinin diplomu çox güclüdür, İngiltərəyə qədər tanınır. Deyirlər, Atatürk Universiteti Ankarada olsaydı, Hacettepe ilə yarışardı.