“Bu, biabırçılıqdır, faciədir”
"Neftçi"nin kapitanı Emin Mahmudov "İmişli"yə 2:3 hesablı məğlubiyyəti şərh edib .
Milli.A xəbər verir ki, futbolçu nəticəni biabırçı adlandırıb:
"Oyun barədə nəsə danışmağın mənası yoxdur. Bərbad... Biabırçılıqdır...Azarkeşlərin gözlədiyi başqadır, bizim oynadığımız başqa. Qol vurub autdan, yaxud künc zərbəsindən sonra qapımızda qol görürüksə, deməli, problem var. Çox yaxşı şanslarımız oldu. Boş qapıya qol vura bilmirik. Autdan da qol buraxırıq. Faciədir".