Bu 3 Bürc pişiklərlə eyni enerjidən qidalanırlar
Pişiklər hər insana asanlıqla etibar etməsə də, bəzi şəxslərin yanında dərhal rahatlayırlar. Astrologiyaya görə bu uyğunluq təsadüfi deyil. Bəzi bürclər pişiklərin müstəqil təbiətini dərindən anlayır, bəziləri isə onların sakit sevgisinə tam uyğun gəlir. meqale.com pişiklərin enerjisi ilə doğuşdan uzlaşan, aralarında görünməz bağ olan 3 bürcü təqdim edir:
Balıq bürcü üçün pişiklər ruh dostudur. Sakitliyi ilə danışan, diqqəti sevən bu canlılar Balığın daxili dünyasına güzgü kimi toxunur. Balıq bürcü pişiklərin hisslərini instinktiv şəkildə anlayır və onlara yalnız yemək deyil, həm də sakitlik və hüzur verir.
Pişiklər də Balığın şəfqətli enerjisini dərhal hiss edir. Onun yanında olmağı, sakitcə qıvrılıb yatmağı sevirlər. Aralarındakı bağ sözə ehtiyac qoymur - bir baxış belə kifayətdir.
Buğa bürcü üçün pişiklər mükəmməl ev yoldaşıdır. Hər iki tərəf də rahatlığı sevir, sakitliyə dəyər verir və bir-birinin şəxsi məkanına hörmət edir. Buğa, pişiyə həddən artıq diqqət göstərməz, amma lazım olan anda yanında olar - bu da pişiklərin sevdiyi davranış tərzidir.
Pişiklər Buğanın sabit və sakit enerjisinə vurğundur. Bu energia onlara güvən hissi verir və ən əsəbi pişik belə onun yanında yumuşala bilər. Buğa üçün pişiklə vaxt keçirmək günün stresini atmağın ən təsirli yollarından biridir.
Şir bürcü pişiklərlə təbii enerji oxşarlığına malikdir. Hər iki tərəf özünə güvənən, qürurlu, eyni zamanda sevilməyi sevən xarakterə sahibdir. Şirin isti və cazibədar enerjisi pişiklər üçün adeta maqnit kimidir.