Boşanmış ailənin övladı canlı yayımda gizlincə “Kömək edin!” siqnalı verdi: Daha bir uşaq təhlükədədir?

Rusiyanın "Birinci kanal"ında "Kişi və Qadın" proqramı çərçivəsində reportaj yayımlanıb.

Boşanmış ailənin övladı canlı yayımda gizlincə “Kömək edin!” siqnalı verdi: Daha bir uşaq təhlükədədir?
Rusiyanın "Birinci kanal"ında "Kişi və Qadın" proqramı çərçivəsində reportaj yayımlanıb.

meqale.com oxuya istinadən bildirir ki, reportajda Moskvada yaşayan boşanmış cütlükdən bəhs edilib. Bildirilib ki, keçmiş ər və arvad dörd yaşlı uşaqlarının kimdə qalacağı ilə bağlı mübarizə aparırlar.

Reportajın çəkilişi zamanı ailənin böyük qızı gizlincə "Kömək edin!" siqnalını göstərib. Belə ki, qızcığaz əlini qaldırıb, baş barmağını ovucuna sıxıb, sonra isə onu bir neçə dəfə büküb. Bu isə bütün dünyada köməyə çağırış kimi bilinən, həmçinin məişət zorakılığının olduğuna işarə edən  beynəlxalq siqnaldır.

Məsələ ilə bağlı hələki dəqiq məlumat yoxdur. Çünki gizlincə əl hərəkəti ilə kömək istəyən qız müsahibə zamanı anasına olan sevgisindən danışıb və gülümsəyib.