Baş nazir İslama qarşı çıxdı: "Qarşısını almalıyıq!"

"İslam Avropada sürətlə yayılır. Bu prosesin qarşısını almalıyıq!"

Baş nazir İslama qarşı çıxdı:
"İslam Avropada sürətlə yayılır. Bu prosesin qarşısını almalıyıq!"

İtaliyanın baş naziri Corca Meloni rəhbərlik etdiyi sağ-mühafizəkar "İtaliyanın qardaşları" partiyasının paytaxt Romada keçirdiyi festivalda çıxış edərkən belə deyib.

meqale.com bildirir ki, festivala qatılmış qonaqlar arasında Britaniyanın baş naziri Rişi Sunak da vardı.

C.Meloninin sözlərinə görə, hazırda Avropa ölkələrində Qərb dəyərlərindən çox uzaq islamlaşma prosesi gedir.

"İtaliyadakı İslam mədəniyyət mərkəzləri Şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Bu isə aşkar göstərir ki, real təhlükə ilə qarşılaşmışıq. Sivilizasiyamıza, mədəniyyətimizə qarşı olan islamlaşma prosesi gedir", - C.Meloni söyləyib.

Reallıq İtaliyanın baş nazirinin dediklərindən çox uzaqdır. Belə ki, Avropa İttifaqı ölkələrində əslində müsəlmanlara və yəhudilərə qarşı yönəlmiş islamofobiya ilə antisemitizm həddən ziyadə güclənib. İş o yerə çatıb ki, Avropa Komissiyası ciddi təhlükə olduğunu bəyan edib. İslamofobiya və antisemitizm zəmnində müsəlmanlarla yəhudilərə hücumların azaldılması üçün məscidlərlə sinaqoqların ətrafında xüsusi təhlükəsizlik zonalarının yaradılması barədə qərar qəbul olunub. Eyni zamanda, dini zəmində dözülməzlik faktları ilə mübarizə məqsədilə xüsusi fond da yaradılıb.

Orxan Hun meqale.com