Bakının tıxac problemi artıq pik saata baxmır - VİDEO
Tıxaclar artıq paytaxt Bakının qaçılmazı olub.
meqale.com xezerxeber.az-a istinadən xəbər verir ki, əvvəllər iyun ayından yəni məktəblər tətilə bağlanandan sonra yollarda nəqliyyat yükü azalırdı. Amma son illərdə bunu müşahidə etmirik. Əksinə iyul ayı olsa da, paytaxt yollarda günün istənilən saatda tıxaca rast gəlmək mümkündür.
Hər gün daha da dərinləşən bu problem xüsusilə də Bakının giriş və çıxışlarında müşahidə olunur.
Şimaldan Bakı-Sumqayıt şosesi "20 yanvar" dairəsinədək, cənubdan "Azneft dairəsi" və paytaxtətrafı kənd və qəsəbələrdən "Koroğlu" metrostansiyası istiqamətində günün əksər saatlarında uzunmüddətli tıxaclar yaşanır.
"Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində is bu artıq ənənəvi hala çevrilib."
Təhsil ocaqları, bəzi idarə və təşkilatların əməkdaşları yay tətilinə çıxsalar da sıxlıq hələ də müşahidə edilir.
"Buna səbəb nədir?"
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, tıxacların adi vaxtla müqayisədə yay mövsümündə azalmamasına səbəb avtomobillərin çoxluğudur.
Ekspert deyir ki, ictimai nəqliyyatda vəziyyət ürəkaçan olmadığından insanlar şəxsi avtomobillərə üstünlük verir.
Tıxacdan ən çox əziyyət çəkənlər isə əlbəttə ki, sürücülərdir.
Görünən odur ki, tətil oldu olmadı, bütün saatlarda paytaxtın əsasə küçə və prospektlərində tıxac var.