Bakıda "Mövsümün bağlanışı" konserti keçirildi

Bu bayram gecəsində tamaşaçılar üçün həm tanınmış, həm də naşı ifaçıların təqdim etdiyi klassik musiqi sənətinin əsərləri, caz kompozisiyaları, müasir estrada hitləri, eləcə də xalq mahnıları və rəqslərindən ibarət olan xüsusi rəngarəng konsert proqramı hazırlanmışdır. Bütün proqram tarixi yanaşma əsasında qurulmuşdu ki, bu da dinləyicilərə 18-ci əsrdən indiyədək müxtəlif musiqi dövrlərinə keçməyə imkan verdi.

Bakıda

Tədbirin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina idi.

Tədbirin əvvəlində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov toplaşan ictimaiyyət qarşısında çıxış etdi.

İ.Zinnurov çıxışında konsertin qonaqlarını və iştirakçılarını salamlayaraq, mövsümün hər bağlanışının açılışla izləndiyini vurğuladı.

Konsertdə Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Azərbaycan Dövlət Akademik Musiqi teatrının solisti Yuliya Heydərova, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solistləri Leyla Kərimova və Renata Abubekirova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasının artistləri Fərhad Ələkbərov və Əliyar Əliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor artisti Ruslan Persan, beynəlxalq müsabiqələr laureatı, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov, BMA-nın məzunları Aminat Əhmədova və Nərgiz Məmmədova, BMA-nın tələbəsi Gülzar Hüseynova, "Xarı bülbül" Azərbaycan xalq rəqslərinin vokal-xoreoqrafiya ansamblı, eləcə də Anastasiya Primak və Kamilla Dikman çıxış etdilər.

Tədbirin qonaqları diplomatik korpusun nümayəndələri, mədəniyyət ziyalıları, eləcə də soydaşlarımız olub.

Tam anşlaqla keçən konsert tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.