Bakıda bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ
Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
17 nömrəli marşrut: Fətəli xan Xoyski → Ağa Nemətulla → Təbriz Təbriz → Ağa Nemətulla → Fətəli xan Xoyski
Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.
24 nömrəli marşrut: Ziya Bünyadov pr. → Əhməd Rəcəbli → Təbriz Əhməd Rəcəbli → Ziya Bünyadov pr.
Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.