Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar

Goranboy rayonunda 81 yaşlı kişinin yaşadığı mənzildən 7 min manata yaxın pul oğurlanıb.

Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
Goranboy rayonunda 81 yaşlı kişinin yaşadığı mənzildən 7 min manata yaxın pul oğurlanıb.

meqale.com xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində, Zahid Əsgərovun yaşadığı evdə baş verib.

Zərərçəkənin qardaşı qızı Kifayət Adilovanın sözlərinə görə, üç nəfər naməlum kişi Zahid Əsgərovun evinə gələrək ona yataq dəsti və saçqırxan maşın hədiyyə edib. Daha sonra isə yaşlı kişinin 7 min manata yaxın pulunu götürərək hadisə yerindən uzaqlaşıblar.

Qeyd olunur ki, 81 yaşlı Zahid Əsgərov uzun illərdir Xanqərvənd kəndində tək yaşayır. Onun iki qızı və bir oğlu olub. Oğlu Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb, qızlarından biri isə vəfat edib.