Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişiklik edilib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş" təsdiq edilib. meqale.com