Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

meqale.com APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,8% və ya 0,58 dollar artaraq 77,15 ABŞ dolları ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.