“Arsenal” “Tottenhem”i darmadağın etdi
İngiltərə Premyer Liqasının XII turunda oyunlar davam edir.
meqale.com xəbər verir ki, günün ilk matçında "Lids" öz meydanında "Aston Villa" ilə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi oyununda isə "Arsenal" evdə "Tottenhem"i qəbul edib. Beş qolun vurulduğu matçda "topçular" rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.