"Arsenal" 17-ci dəfə İngiltərə Super Kubokunun qalibi oldu

Bu gün Londonda yerləşən "Uembli" stadionunda futbol üzrə İngiltərə Super Kubokunun final oyunu keçirilib.

Bu gün Londonda yerləşən "Uembli" stadionunda futbol üzrə İngiltərə Super Kubokunun final oyunu keçirilib.

meqale.com Trend-ə istinadən bildirir ki, finalda "Arsenal" və "Mançester Siti" klubları üz-üzə gəliblər. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib. "Mançester Siti"nin heyətində qolu Koul Palmer (77-ci dəqiqə), "Arsenal"ın heyətində isə Leandro Trossard (90+11) vurublar.

Penalti seriyasında "Arsenal" futbolçuları daha dəqiq olub və 4:1 hesabı ilə rəqibi məğlub ediblər.

Beləliklə, London təmsilçisi "Arsenal" 17-ci dəfə İngiltərə Super Kubokunun qalibi olub.