Alişan botoks etdirdiyini belə etiraf etdi - FOTO
Son dövrlərdə arıqlaması ilə diqqət çəkən Türkiyənin məşhur müğənnisi Alişan indi də üzündəki dəyişikliklə gündəmə gəlib.
meqale.com xarici mediaya istinadən xəbər verir ki, estetik əməliyyat etdirdiyi iddia olunan sənətçi mövzu ilə bağlı açıqlama verib.
Sosial mediada yayılan fotodan sonra izləyicilər sənətçinin üz cizgilərindəki dəyişiklik səbəbilə botoks etdirmiş ola biləcəyini irəli sürmüşdülər.
Məşhur müğənni səsləndirilən iddialara Instagram hesabında etdiyi paylaşım ilə cavab verib. Alişan fotosunu paylaşaraq altına "Qaşlar düşüb, sakit olaq, hər şey qaydasındadır" sözlərini yazıb.