Aktrisa özündən 10 yaş kiçik sevgilisinə ərə gedir

54 yaşlı aktrisa Rene Zellveger 44 yaşlı sevgilisi, aparıcı Ant Enstidomla ailə qurur.

Aktrisa özündən 10 yaş kiçik sevgilisinə ərə gedir
54 yaşlı aktrisa Rene Zellveger 44 yaşlı sevgilisi, aparıcı Ant Enstidomla ailə qurur.

meqale.com Axşam.az-a istinadən xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, cütlük artıq nişanlanıb və gizli toy etməyə hazırlaşırlar. 

Qeyd edək ki, Ant daha əvvəl iki dəfə ailə qurub və 3 övladı var. Rene isə 2005-ci ildə kantri müğənnisi Kenni Çesnidən boşanıb.

Cütlük 2021-ci ilin iyununda tanış olub. Onlar sonuncu dəfə ötən ilin aprelində birgə foto yayımlamışdılar.