Acun İlıcalı özündən 30 yaş kiçik sevgilisi ilə EVLƏNİR? - FOTO
Türkiyənin məşhur iş adamı və televiziya aparıcısı Acun İlıcalı özündən 30 yaş kiçik Ayça Çağla Altunkaya ilə uzun müddətdir eşq yaşayır.
meqale.com Bizim.Media-ya istinadən xəbər verir ki, münasibətlərini gözdən uzaq yaşayan cütlüyün sentyabrda evlənəcəyi iddia edilib.
Bildirilib ki, Acun on gün əvvəl ad günü şənliyində ara-sıra romantik pozalar paylaşdığı sevgilisinə evlilik təklifi edib. Həmçinin aşiqlərin toya hazırlıq işlərinə başladığı vurğulanıb.
Qeyd edək ki, daha əvvəl 3 dəfə evli olan Acunun dörd qız övladı var - Banu, Yasemin, Leyla və Melisa.