Zəfər yolunda aşkarlanan minaların sayı məlum olub
Füzuli-Şuşa arasında Zəfər yolunda aparılan axtarışlar zamanı 1955 mina aşkarlanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu ANAMA-nın əməliyyat idarəsinin rəisi İdris İsmayılov deyib.
O bildirib ki, Füzuli-Ağdam dəmiryolu layihəsində isə 1586 mina və partladılmış hərbi sursat aşkarlanaraq məhv edilib.