"Yataq paltarında efirə çıxartmışdılar” - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə seçilməsi yazar Mürvət Qədimoğlu Həkərinin qurumdan istefasına səbəb olub.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə seçilməsi yazar Mürvət Qədimoğlu Həkərinin qurumdan istefasına səbəb olub.

meqale.com bizim.media-ya istinadən bildriir ki, Elza qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda həm yazara, həm də bu mövzunu canlı efirində müzakirəyə çıxaran "Təsir Dairəsi" ictimai-sosial verilişinə atmaca atıb.

Proqramın aparıcısı Zaur Baxşəliyevin "Maraqlıdır ki, Elza xanım, siz Bəstəkarlar İttifaqlarının üzv seçiləndə heç kim danışmadı, amma Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv seçiləndə hamı danışdı" sözlərinə Seyidcahanın cavabı belə olub:

"Şairləri yaşadan biz bəstəkarlarıq. Bir bilsəniz nə qədər şairlər məni görəndə kitablarını xahiş, minnətlə verirlər ki, oxuyun. O həmin şairlərdir ki, efirdən məni tənqid edirlər".

Zaurun "Sən xəstələri də sağaltdın, xəbərin var (Mürvət Qədimoğlunu nəzərdə tutur. Şair bir müddət avtoqəza keçirib və hazırda  səhhətində problemlər var - red.) (gülür) deməsinə Elza "Ürəyim ağrıdı o xəstəyə ki, onu verilişə o geyimdə çıxartmışdılar. Heç olmasa o kişini də şair paltarında çıxarardılar. (Mürvət Qədimoğlu "Təsir dairəsi" proqramının canlı efirinə "mayka"da çıxmışdı). Kişini yataq paltarında efirə çıxartmışdılar ki, bu sözləri deməlisən Elzaya".