Yasamaldakı yanğında ölən şəxs ATV-nin əməkdaşı, Geyim evinin rəhbəri imiş - FOTO

Xəbər verdiyimiz kimi, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib. meqale.com xəbər verir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.

K.Hümbətova həm də ATV kanalının əməkdaşı və Üsküdar Universitetinin Azərbaycandakı təmsilçisi olub. Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb.

Xatırladaq ki, yanğında xəsarət alan 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.