Venesuelanın yeni prezidenti and içərək fəaliyyətə başladı
ABŞ-nin hərbi əməliyyatı nəticəsində ələ keçirilərək Nyu-Yorka aparılan Venesuela Prezidenti Nikolas Maduronun yerinə vitse-prezident Delsi Rodrigez rəsmən fəaliyyətə başlayıb. Rodrigez and içdikdən sonra Venesuelanın müvəqqəti yeni prezidenti olub.
meqale.com xəbər verir ki, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat dünyanın bir nömrəli mövzusuna çevrilib. Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq ABŞ-a gətirilib və məhkəmə qarşısına çıxarılıb.
Əvvəlcə ABŞ-yə sərt etiraz edən, lakin sonradan daha yumşaq bəyanatlar verən Maduronun köməkçisi Delsi Rodrigez artıq ölkəni müvəqqəti rəhbər kimi idarə edir. O, andiçmədən sonra özünün "Instagram" hesabından dünyaya və ABŞ-yə mühüm mesajlar yayımlayıb:
Rodrigez xarici təhdidlərdən uzaq, qarşılıqlı hörmətə və beynəlxalq əməkdaşlığa əsaslanan bir mühitdə yaşamaq istədiklərini bildirib.
"Prezident Donald Tramp, xalqlarımız və bölgəmiz müharibə deyil, sülh və dialoq layiqdir," - deyən Rodrigez, bu mesajın artıq bütün Venesuelanın ortaq mövqeyi olduğunu vurğulayıb.
Venesuela Ali Ədalət Məhkəməsi (TSJ) Maduronun yoxluğunda dövlət idarəçiliyinin davamlılığını təmin etmək üçün prezidentlik səlahiyyətlərinin Rodrigezə verilməsinə qərar verib.