Vandamın gəlininə Amerikada möhtəşəm iş təklifi

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə izləyicilərinin suallarını cavablandırıb.

Vandamın gəlininə Amerikada möhtəşəm iş təklifi
Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə izləyicilərinin suallarını cavablandırıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, instaqramda canlı yayımda Amerikadakı həyatından danışıb. O bildirib ki, həyat yoldaşı Kristoferlə birlikdə çalışmağa başlayacaq:

"Kristofer filmlərə çəkilməklə yanaşı, rejissorluq edir, direktor kimi fəaliyyət göstərir. Həm də filmlərdə mətnləri yazır. Məni də yanında işə götürüb, ikinci direktor kimi onunla çalışacağam. Kristoferin mənimlə bağlı planları var. Onun əsl peşəsi animasiya filmləri çəkməkdir. 

Amma ilk növbədə musiqimi davam etdirəcəyəm. Hazırda dincəlirik, sonra işə başlayacağıq. İstəyirəm Amerikada konsertlər verim. Hələ burada çox adam tanımıram. Çalışacağam musiqi sahəsində insanlar tapım. Vaqif Mustafazadənin əsərlərini səsləndirəcəyim konsert edəcəyəm".