Valideynin hansı hərəkətini uşaqlar ömür boyu xatırlayır?

Böyüklər uşaqlıqda onlara verilən oyuncaqları nadir hallarda xatırlayırlar. Amma demək olar ki, hər kəs valideyninin etdiyi sadə, lakin ömürlük iz buraxan bir anı hər zaman xatırlayır

Valideynin hansı hərəkətini uşaqlar ömür boyu xatırlayır?
Böyüklər uşaqlıqda onlara verilən oyuncaqları nadir hallarda xatırlayırlar. Amma demək olar ki, hər kəs valideyninin etdiyi sadə, lakin ömürlük iz buraxan bir anı hər zaman xatırlayır

meqale.com xarici KİV-ə istinadla xəbər verir ki, uşaqlar nə hədiyyələri, nə də cəzaları deyil, səmimi anlarını yadda saxlayırlar. Məhz bu anlar inamın təməlini qoyur. Birlikdə gəzintilər, kitab oxumaq və ya yatmazdan əvvəl söhbətlər maddi nemətlərdən daha vacib hesab olunub.

Psixoloqlar bunu sadə şəkildə izah edirlər: uşaq dəyəri əşyalarda deyil, emosiyalarda hiss edir. Ana və ya ata ünsiyyətə tam şəkildə qoşulduqda, bu, uşağa təhlükəsizlik hissi verir.

Maraqlıdır ki, bir çox böyüklər böyük hadisələri deyil, xırda məqamları xatırlayıblar. Məsələn, atanın oğluyla birlikdə velosiped təmir etməsi və ya ananın övladına piroq bişirməyi öyrətməsi kimi. Belə anlar qayğının rəmzinə çevrilir. Onlar uşağa onun həyatının valideynlər üçün vacib və maraqlı olduğunu göstərir.

Mütəxəssislər vurğulayırlar ki, məhz bu xatirələr böyüklük yaşında valideynlərə hörmət hissini formalaşdırır. İnsan anlayır ki, onu nailiyyətlərinə görə deyil, sadəcə var olduğuna görə seviblər. Uşaqlar xüsusilə valideynlərin onların yanında xoşbəxt olduqları anları yadda saxlayırlar. Böyüklərin gülüşü və sevinc hissi uşağın daxili dünyasının bir hissəsinə çevrilir.