Türkiyədə partlayış: İki ev çökdü, xəsarət alan var - FOTO
Ərzurumun Yakutiye rayonuna bağlı Yoncalık bölgəsinin Rabiyana-Xatun məhəlləsində bu səhər baş verən güclü qaz partlayışı iki evin tamamilə çökməsinə səbəb olub.
meqale.com xəbər verir ki, qonşu evlərin hasarları da dağılıb. Hadisə nəticəsində xəsarət alan bir şəxs xəstəxanaya aparılıb.
Partlayış yerinə dərhal polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları göndərilib. Xidmətlər ərazidə yeni partlayış riskini azaltmaq üçün dağıntılarda təhlükəsizlik tədbirləri görür və təmizləmə işlərinə başlayıblar.