Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin vəziyyəti və regional məsələlər müzakirə edilib. Prezidentlər həmçinin Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər.
Dövlət başçıları Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə də İslam dünyasına sülh, əmin-amanlıq və firavanlıq gətirməsini qarşılıqlı arzuladıqlarını bildiriblər.