Türkiyə Millətlər Liqasını qazandı, dünya reytinqində birinci oldu

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası FİVB Millətlər Liqasının qalibi olub.

Türkiyə Millətlər Liqasını qazandı, dünya reytinqində birinci oldu
Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası FİVB Millətlər Liqasının qalibi olub.

meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ-da keçirilən turnirdə qardaş ölkə yığması finalda Çinlə üz-üzə gəlib.

Daniele Santarellinin baş məşqçisi olduğu komanda rəqibini 3:1 hesabı ilə məğlub edib.

ABŞ yığmasınında 3-cü yer uğrunda görüşdə Polşaya uduzmasından sonra Türkiyə millisi dünya reytinq cədvəlində birinci yerə qalxıb.