Türk serial tarixində bir ilk - FOTO
ATV-də yayımlanan "Gözləri Karadeniz" serialı Qaradənizin sərt ab-havasından İstanbulun qaranlıq küçələrinə uzanan hekayəsi ilə mövsümün diqqət çəkən dram layihələrindən biri kimi ekran yoluna çıxmışdı.
meqale.com xəbər verir ki, serialın mərkəzində Rizədə böyüyən Azil Yılmaz (Halit Özgür Sarı) ilə ailənin vəkili Günəş (Özge Yağız) arasındakı münasibət dayanır. Layihənin çəkilişləri Rize/Çamlıhemşin və İstanbulda aparılırdı.
Serialın gələcəyi çərşənbə axşamı yayımlanacaq bölümün dəqiqəlik təxmin edilən reytinq göstəricilərindən asılı olacaq. Əgər reytinqlərdə gözlənilən səviyyədə artım müşahidə olunmasa, artıq çəkilmiş final səhnəsinin bölümün sonuna əlavə edilərək serialın ekran macərasının bitirilməsi planlaşdırılır.