Vüqar Əhməd sərbəst buraxıldı - AÇIQLAMA - YENİLƏNİB
Tanınmış nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
meqale.com xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Vüqar Əhməd axşam saatlarında sərbəst buraxılıb.
Bu barədə Manset.az-a açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova bildirib.
----------- Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
meqale.com xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.