“Bu, böyük tərbiyəsizlik idi”
Müğənni Roza Zərgərli onun barəsində yayılan və "fiziki məhdudiyyətli" kimi təqdim edildiyi xəbərlərə sərt reaksiya verib.
meqale.com xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə verdiyi konsert zamanı səhhəti ilə bağlı müəyyən narahatlıq yaşadığı üçün səhnədə stulda əyləşən sənətçi bu səbəbdən haqqında müxtəlif şayiələrin yayıldığını bildirib.
Roza Zərgərli məsələ ilə bağlı "Afaqla 10lar" verilişində danışıb.
O, sosial şəbəkələrdə bu mövzuda yazılanların onu çox əsəbləşdirdiyini deyərək bunu böyük hörmətsizlik kimi qiymətləndirib. Müğənni qeyd edib ki, səhhətində problem olması uzun müddətdir hər kəsə məlumdur, may ayında əməliyyat keçirib və hazırda vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, əməliyyatdan əvvəl və sonra planlaşdırılmış tədbirləri təxirə sala bilmədiyi üçün səhnədə yüngül axsama hiss olunub.