Türk qoşunları Ukraynaya yerləşdiriləcək?

ABŞ prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planı ətrafında müzakirələr davam edir.

Türk qoşunları Ukraynaya yerləşdiriləcək?
ABŞ prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planı ətrafında müzakirələr davam edir.

meqale.com xəbər verir ki, planın detallarını müzakirə etmək üçün Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun yaxın günlərdə Moskvaya səfər edəcəyi açıqlanıb. .

Mövzu Avropa liderlərinin də gündəmindədir. Fransa prezidenti Emmanuel Makron müharibədən sonra yeni "təhlükəsizlik qüvvələri"nin yaradıla biləcəyini deyib. Onun sözlərinə görə, atəşkəs əldə olunduqdan sonra Böyük Britaniya, Fransa və Türkiyədən olan qoşunların Ukraynada yerləşdirilməsi mümkündür.

Makron həmçinin əlavə edib ki, artıq təxminən 20 ölkə prosesə müxtəlif formalarda - hava, quru və ya dəniz yolu ilə - töhfə verməyə hazır olduğunu bildirib.