Trampdan yeni təyinat: Milyarderi nazir müavini təyin edəcək?
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp milyarder investor Stiven Feynberqi müdafiə nazirinin müavini vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb.
meqale.com xarici mediaya istinadən xəbər verir ki, Stiven Feynberq Trampın 2017-2021-ci illərdəki prezidentliyi dövründə kəşfiyyat üzrə məsləhət şurasında fəaliyyət göstərib.
Hazırda Feynberq müdafiə sahəsinə sərmayə yatıran özəl investisiya şirkəti "Cerberus Capital Management LP"nin baş direktoru (CEO) vəzifəsini icra edir.