"Aynurun o sözlərindən sonra 3 gün özümə gələ bilmədim"

Müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.

Müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.

meqale.com xəbər verir ki, onun sözlərinə görə, həmkarı Aynur Dadaşovanın səsləndirdiyi fikirlər iki sənətçi arasında narazılığa səbəb olub.

Belə ki, Aynur Dadaşovanın "Əlimdə olsaydı, Rahidə Baxışovanın repertuarını tamamilə dəyişərdim" ifadəsi Rahidəni dərin şəkildə incitdiyini bildirib. Müğənni açıqlamasında bu sözləri gözləmədiyi, dəyər verdiyi bir insandan eşitdiyini vurğulayıb:

"Repertuarımdan xəbəri yoxdursa, gərək danışmasın. Mən həssas insanam, üç gün özümə gələ bilmədim. Çox sevdiyim, hörmət etdiyim adamdan eşitdim bu sözləri. Üz-üzə gəlsəydik, özünə deyərdim. Efirlərə çıxmışam, amma bu mövzuda danışmamışam. Söz-söhbətdən uzağam, sevmirəm".

Rahidə Baxışova qeyd edib ki, tənqid şəxsi şəkildə edilsəydi, daha düzgün olardı:

"Mən kimsənin repertuarını bəyənməyə bilərəm, amma efirdən yox, özünə deyərəm. O da mənə deyə bilərdi ki, repertuarında dəyişiklik et, oynaq mahnılar oxu. Eyni sözü mən ona desəydim, o da inciyərdi".

Müğənni əlavə edib ki, hər iki sənətçi zəhmətkeş qadındır və ailə məsuliyyəti daşıyırlar:

"Hər ikimiz övlad böyüdürük. Əgər iradı var idisə, telefonda deyə bilərdi. Aynur xanımı çox istəyirəm. Bu günə qədər heç kimin ünvanına xoşagəlməz söz deməmişəm".

Rahidə Baxışovanın bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.