"10 minlik qızılımı İTİRDİM"
Müğənni Mənzurə Musayeva "Rəngarəng" verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.
meqale.com-ın məlumatına görə, sənətçi bildirib ki, qızıl sırğasını itirib və bu səbəbdən efirdə onu göstərərək, tapan şəxsdən qaytarmasını xahiş edib:
"Qızıl sırğamı itirmişəm. Efirə gətirib göstərdim və dedim ki, kim götürübsə, gətirib versin. Ən bahalı sırğam idi, onu hərdən bir taxırdım. Hava küləkli idi, toy çıxışı vaxtı itirdim. Dedim ki, onun məbləği nədirsə, pulunu verəcəyəm. Dəstini o vaxt 7 minə almışdım, indi isə qızılın qiyməti qalxıb, bəlkə 10 min olar".