“Mənim "quyruğumu" basanın, başından basacağam!”

Aşıq Telli Borcalı qatıldığı "Tarixin bir günü" verilişində səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

“Mənim
Aşıq Telli Borcalı qatıldığı "Tarixin bir günü" verilişində səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

meqale.com xəbər verir ki, canlı efirdə emosional çıxış edən sənətçi ona qarşı yönələn tənqidlərə kəskin reaksiya verib. O, bildirib ki, kimliyindən asılı olmayaraq ona toxunan hər kəsə cavab verməkdən çəkinməyəcək:

"Mənim xətrimə dəyən, üstümə gələn kim olursa-olsun, cavabını alacaq. Xırda bir məsələ olanda özlərini şir kimi aparırlar, şirlə, fillə güləşməyə çalışırlar. Amma unudurlar ki, hər kəs kim olduğunu bilməlidir".

Aşıq Telli Borcalı əlavə edib ki, söz sənətində özünü təsdiqləmiş bir şəxsdir və hər kəslə "polemika"ya girmir:

"Mənim qədər söz bilməyənlər var ki, barəmdə yazmağa iddia edirlər. Mən sözlə işləyən adamam, sənin kimilərə söz satıram və yazmağı öyrədirəm. Özün başdan ayağa danışılası adamsan".

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.