Elit Star Cəmiləyə Dubayda 2 milyonluq EV, 50 minlik qızıl dəsti hədiyyə etdilər
Müğənni Elit Star Cəmilə sosial şəbəkələrdə yayılan açıqlaması ilə diqqət çəkib.
meqale.com xəbər verir ki, o, "Rəngarəng" verilişində etiraf edib ki, Dubaya ev hədiyyəsi təklif edilsə də, bu təklifi qəbul etməyib:
"Xanım var, əri ilə mənim pərəstişkarlarımdırlar. Məni dəvət etdilər, dedilər ki, xoşunuza gələn Dubayda sizə ev hədiyyə edək. Mən isə istəmədim, ora köçüb yaşamaq niyyətində deyildim. Ev satmaq yox, qalmaq niyyəti ilə verilirdi. Rezidenslər onların əlində idi, istəsəm gedib aylarla qala bilərəm. Mən buradakı işlərimi qoyub o müddətə gedə bilmərəm. 2-3 gündən artıq qalmaq alınmazdı. Oradakı evlər 1,5-2 milyon dollardan başlayırdı. Mənə isə 2-3 otaqlı ev hədiyyə edirdilər. Əlavə olaraq qiyməti 50 min dollar olan qızıl dəsti bağışladılar".
Müğənni vurğulayıb ki, bu hədiyyələrə baxmayaraq, Dubayda yaşamaq onun planlarına uyğun deyildi və təklifi rədd edib.