ABŞ “Tramp marşrutu”nu 49 illik icarəyə götürür
ABŞ "Tramp marşrutunu" 49 il müddətinə icarəyə qəbul edəcək.
meqale.com xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan XİN-in dərc etdiyi Ermənistanla ABŞ arasında "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişdə qeyd olunur.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər.
Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addım kimi qiymətləndirilib.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq "TRIPP Development Company" şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək.