TikTok-da canlı yayım açan sürücü ilə bağlı QƏRAR VERİLDİ

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.

Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən meqale.com-a verilən xəbərə görə, məsələ  dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.