Texnologiya yeni Allah yaradır

Süni intellekt alətləri hazırlayan texnologiya şirkətləri "Allahı yaratmağa" çalışır.

Texnologiya yeni Allah yaradır
Süni intellekt alətləri hazırlayan texnologiya şirkətləri "Allahı yaratmağa" çalışır.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bunu texnologiya nəhəngi "Meta"nın qurucusu Mark Zukerberq deyib.

Lakin şirkəti süni intellekt məhsullarının geniş portfelinə sahib olan Zukerberq onun yanaşmasının digərlərindən fərqli olduğunu israr edir.

O, "YouTube" yaradıcısı Keyn Kallaveyə müsahibəsində deyib ki, texnologiya sənayesindəki insanların əsl süni intellekt yaratmaq haqqında danışması olduqca qəribədir: "Sanki Allahı və ya başqa bir şey yaratdıqlarını düşünürlər".

Zukerberq həmçinin rəqibləri "Google" və "OpenAI"ni ümumi təyinatlı süni intellekt alətləri yaratdıqlarına görə tənqid edib.

O, müxtəlif istifadəçilər üçün süni intellekt alətlərini fərdiləşdirərkən əsas "Meta AI" köməkçisini - şəkillər yarada və marşrut planlaşdıra bilən "Chatbot"u saxlayacağını vəd edib.

"İnsanların müxtəlif maraqlarını əks etdirmək üçün fərqli süni intellekt olmalıdır. Beləliklə, bu yanaşmanın böyük bir hissəsi hər bir yaradıcıya, daha sonra platformadakı hər bir kiçik biznesə müştəriləri ilə qarşılıqlı əlaqədə olmağa kömək edəcək süni intellekt yaratmaq səlahiyyətini vermək olacaq", - Zukerberq deyir.