TƏBİB Qaradağda baş verən qəza ilə bağlı məlumat yaydı
14.12.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
meqale.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib.