Tarixi oyununa bütün biletlər satıldı

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Braqa" komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

Tarixi oyununa bütün biletlər  satıldı
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Braqa" komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

Qeyd edək ki, bu gün reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.