Pirşağıda yük maşını ilə motosikl toqquşdu, Rusiya vətəndaşı öldü

Pirşağıda yük maşını ilə motosikl toqquşub.

Pirşağıda yük maşını ilə motosikl toqquşdu, Rusiya vətəndaşı öldü
Pirşağıda yük maşını ilə motosikl toqquşub.

meqale.com-ın məlumatına görə, hadisə yanvarın yanvarın 15-də saat 22:20 radələrində baş verib.

Belə ki, 20.10.2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.