Həsən Ruhani ilə Cavad Zərif saxlanılıb - İDDİA
İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif saxlanılıblar.
meqale.com xəbər verir ki, bu barədə İran mediasında məlumatlar yayılıb.
Ruhaniyə yaxın mənbələr bu xəbəri təkzib edib. Həmçinin H.Ruhaninin bununla bağlı şikayət edə biləcəyi deyilib.
Bundan başqa, İranın keçmiş xarici işlər naziri və keçmiş vitse-prezidenti Məhəmməd Cavad Zərifin saxlanması barədə də xəbərlər yayılıb. Lakin mənbə bu məlumatı da təkzib edib. O bu cür xəbərləri "feyk" adlandırıb, onların yayılmasının cəmiyyətdə parçalanma yaratmağa yönəldiyini iddia edib.
Həsən Ruhaninin ofisinin yaxın zamanda bununla bağlı bəyanat yayacağı bildirilib.