Sumqayıtda erməni diversantlara hökm oxundu

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hakimlər kollegiyası müşavirədən qayıdaraq hökmü elan edib.

Hökmə əsasən, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.