Sumqayıtda DOĞUŞ FACİƏSİ: Ana öldü, uşaq isə ...

Sumqayıtda ana doğuş zamanı ölüb. 

Sumqayıtda DOĞUŞ FACİƏSİ: Ana öldü, uşaq isə ...
Sumqayıtda ana doğuş zamanı ölüb. 

meqale.com bildirir ki, hadisə bu gün səhər saatlarında Sumqayıt şəhər Perinatal Mərkəzdə olub. 

37 yaşlı G. Fəttayeva yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb. Onun övladını tələf etmək istəyi qanaxmaya səbəb olub.

Nəticədə o, ağır vəziyyətdə şəhər Perinatal Mərkəzinə daxil olub. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpənin vəziyyəti normaldır.

Qadının ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, iyulun 4-də 38 yaşlı Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.