Söhrab İsmayılov vəzifəsindən ayrıldı

"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab İsmayılovun işdən çıxarılması ilə bağlı xəbərə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətindən münasibət bildirilib.

meqale.com xəbər verir ki, Mətbuat Xidmətindən oxuya verilən məlumata görə, Söhrab İsmayılov öz ərizəsi ilə işdən ayrılıb.

---------

"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb.

meqale.com Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.

Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.