Sidneydə terror hücumunda ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
Dekabrın 14-də Sidneydə baş verən terror hücumunda ölənlərin sayı 15-ə çatıb.
meqale.com xəbər verir ki, bu barədə Yeni Cənubi Uels səhiyyə naziri Rayan Park açıqlama verib.
"Ölən 15 nəfərdən biri xəstəxanada ölən bir uşaqdır. Bu, bütövlükdə icmamız, bütün avstraliyalılar üçün, xüsusilə yəhudi icması üçün xüsusilə dəhşətlidir", - Park deyib.
Nazir atışmada yaralananlardan dördünün uşaq xəstəxanasına köçürüldüyünü bildirib.
---------- Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.
meqale.com xəbər verir ki, Yeni Cənubi Uels polisi sosial şəbəkədə paylaşım edərək "hadisə yerində olan hər kəsə" müraciət edib.
Müraciətdə bildirilir ki, hadisə baş verən ərazidən uzaq dursunlar:
X platformasında yayılan videolarda Bondi çimərliyində insanların qaçması, bir neçə atəş səsi və polis sirenlərinin eşidildiyi görünür.