Bəşər Əsəd Moskvada nə işlə məşğuldur?

Bəşər Əsəd tibb sahəsinə qayıdıb. 

Bəşər Əsəd Moskvada nə işlə məşğuldur?
Bəşər Əsəd tibb sahəsinə qayıdıb. 

meqale.com xəbər verir ki, "The Guardian"ın məlumatına görə, Əsəd əvvəllər aldığı tibbi təhsilini davam etdirir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd tibb karyerasına qayıtmaq qərarı alıb və oftalmologiya sahəsində biliklərini dərinləşdirir.

Qəzet iddia edir ki, keçmiş prezident həmçinin rus dilini öyrənir və gələcəkdə Moskva elitasının üzvlərini müalicə etmək imkanına malik ola bilər. Mənbələr qeyd edir ki, Əsəd maliyyə baxımından çətinlik yaşamır və sərvətinin bir hissəsini Rusiyaya köçürüb.

Qeyd edək ki, Əsəd ailəsi ilə birlikdə Rublyovkada yerləşən qapalı bir icmada yaşayır və nadir hallarda ictimaiyyət qarşısına çıxır. Onun həyat yoldaşı əsas vaxtını fitnes, gözəllik salonları və alış-verişə sərf edir. Keçmiş prezident isə siyasi fəaliyyətlərdə iştirak etmir və sosial mediadan istifadə etmir.