Prezidentin "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdiyi Rəfail Mirzəyev kimdir? - DOSYE

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezidentin
Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Rəfail Xalid oğlu Mirzəyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

meqale.com Rəfail Mirzəyevin dosyesini təqdim edir.

Rəfail Xalid oğlu Mirzəyev 19 fevral 1959-cu ildə Gürcüstan SSR Marneuli rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

Rəfail Mirzəyev Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır. 3 may 2006-cı ildə bu vəzifədən azad edilərək Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilmişdir. 31 oktyabr 2007-ci ildən Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 17 yanvar 2002-ci ildə gömrük xidməti general-mayoru, 28 yanvar 2005-ci ildə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri, 3 may 2006-də isə general-leytenant ali hərbi rütbəsi verilmişdir. 

Ailəlidir, 3 övladı var.