"Səni sevirəm" - Müşviq kövrəldi - VİDEO
Aktyor Müşviq Şahverdiyev atasından danışıb.
meqale.com xəbər verir ki, sənətçi atasını 5 yaşında itirdiyini bildirib:
"Birinci sinfə gedəndə artıq atam yox idi. 4, 5 il oxuyandan sonra anladım ki, işləmək lazımdır. Evdə bacılarım, anam... Ata necədir hissini bilmirəm: atam gəldi, getdi, deyəcəm bunu alsın. Belə bir hisslər məndə olmayıb. Çünki heç 6 yaşım yox idi onu itirəndə. Anam mənim üçün başqadır. Elə bilirəm ki, uşağın elə bir valideyni olur. Anam həm ana, həm də ata funksiyasını daşıyıb.